...

Azərbaycan ərazisində qış ayında "yaz havası" davam edəcək

Cəmiyyət Materials 4 Yanvar 2013 12:16 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında yanvarın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Azərbaycan ərazisində qış ayında "yaz havası" davam edəcək

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan ərazisində qış ayında "yaz havası" davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında yanvarın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Yanvarın 05-06-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti