...

Azərbaycanda şagirdlər üçün breyn-rinq bilik yarışı keçiriləcək

Cəmiyyət Materials 10 Yanvar 2013 16:42 (UTC +04:00)
Azərbaycanda bu tədris ili ərzində respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında "Ekoerudit" - məktəblilərin breyn-rinq respublika ekoloji bilik yarışı keçiriləcək.
Azərbaycanda şagirdlər üçün breyn-rinq bilik yarışı keçiriləcək

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bu tədris ili ərzində respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında "Ekoerudit" - məktəblilərin breyn-rinq respublika ekoloji bilik yarışı keçiriləcək.

Təhsil Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, yarışın keçirilməsində məqsəd məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirməkdir.

Yarış Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə keçiriləcək.

"Ekoerudit" breyn-rinq bilik yarışının əsas məqsədi məktəblilərin ekoloji biliklərinin artırılması, ekoloji dünyagörüşünün, ətraf mühitə məsuliyyətli münasibətin və ekoloji mədəniyyətin formalaşdırılmasıdır.

Yarış respublika məktəblərinin təbiət fənlərinin, məktəbdənkənar təhsil müəssisələrinin ekoloji dərnəklərinin tədris proqramlarına daxil edilmiş ekoloji mövzular üzrə VIII-XI sinif şagirdləri və dərnək üzvləri arasında 3 mərhələdə keçiriləcək.

Yarışın rayon (şəhər) mərhələsi yanvarın sonuna kimi, zona mərhələsi fevral-mart aylarında, respublika mərhələsi isə apreldə Bakıda təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti