...

AMEA ən yaxşı gənc kadrlarının namizədliyini irəli sürüb

Cəmiyyət Materials 15 Yanvar 2013 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycanda təhsil, elm, mədəniyyət, idarəetmə sahəsi üzrə ən yaxşı gənc kadrlar haqqında yaradılan məlumat bankına daxil edilməsi üçün öz namizədlərini təqdim edib.

AMEA-nın Gənclərin İntellektual İnkişafı Mərkəzinin rəhbəri İlqar Orucov Trend-ə deyib ki, bu banka daxil edilməsi üçün AMEA-dan 15 nəfərin namizədliyi irəli sürülüb.

Müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət olacaq Ekspertlər Şurası təqdim olunmuş namizədlərin bir daha seçimini aparacaq. Yalnız seçilmiş namizədlərin adları banka daxil olacaq.

Orucov deyib ki, banka daxil olacaq namizədin yaş həddi 29-u keçməməli, Azərbaycan vətəndaşı, ali təhsilli olmalı, Azərbaycanın dövlət dilini və ən azı iki xarici dili bilməli, ixtisası və idarəetmə sahəsi üzrə azı ikiillik təcrübəsi, işə təşəbbüskarlığı, strateji planlaşdırma, yüksək peşəkarlıq bacarığı, yüksək fərdi hazırlıq səviyyəsi, kollektivdə işləmək bacarığı olmalıdır. Seçilən namizədlər 35 yaşadək həmin məlumat bankının aktiv siyahısında saxlanılacaqlar.

Baza Gənclər və İdman Nazirliyi tərəfindən idarə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti