...

Azərbaycanda 2012-ci ildə baş vermiş yol qəzalarında 79 uşaq dünyasını dəyişib

Cəmiyyət Materials 16 Yanvar 2013 12:43 (UTC +04:00)
Azərbaycanda 2012-ci ildə baş vermiş yol qəzalarında 79 uşaq dünyasını dəyişib, 235-i isə yaralanıb.
Azərbaycanda 2012-ci ildə baş vermiş yol qəzalarında 79 uşaq dünyasını dəyişib

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanda 2012-ci ildə baş vermiş yol qəzalarında 79 uşaq dünyasını dəyişib, 235-i isə yaralanıb. Bu barədə çərşənbə günü Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib.

Əliyev bildirib ki, hesabat dövründə piyadaların vurulması ilə bağlı 1065 hadisə qeydə alınıb, nəticədə 393 nəfər ölüb, 749 nəfər yaralanıb.

Onun sözlərinə görə, Azərbaycanda ötən il baş vermiş 2892 yol qəzasının 874-ü sürət həddinin aşılması ilə baş verən qəzalardır. Bu qəzalarda 397 nəfər ölüb, 792 nəfər yaralanıb.

Qəzaların 757-i ötmə qaydalarının pozulması nəticəsində baş verib, nəticədə 345 nəfər ölüb, 985 nəfər yaralanıb.

Ötən il ərzində baş vermiş qəzaların 96-sı sərxoş sürücülər tərəfindən törədilib, nəticədə 42 nəfər ölüb, 105 nəfər yaralanıb.

Qeyd edək ki, ümumilikdə 2012-ci ildə baş vermiş yol qəzalarında 1168 nəfər dünyasını dəyişib, 2997 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

2011-ci ildə Azərbaycanda 2890 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 1016 nəfər dünyasını dəyişib, 3031 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti