...

Azərbaycanda gənc alimlərin elm festivalı keçiriləcək

Cəmiyyət Materials 17 Yanvar 2013 16:29 (UTC +04:00)
Bu ilin mart ayında Azərbaycanda Gənc Alimlərin II Respublika Elm Festivalının keçirilməsi nəzərdə tutulub. Bunu cümə axşamı Trend-ə AMEA-nın Gənclərin İntellektual İnkişafı Mərkəzinin rəhbəri İlqar Orucov Trend-ə deyib.
Azərbaycanda gənc alimlərin elm festivalı keçiriləcək

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin mart ayında Azərbaycanda Gənc Alimlərin II Respublika Elm Festivalının keçirilməsi nəzərdə tutulub. Bunu cümə axşamı Trend-ə AMEA-nın Gənclərin İntellektual İnkişafı Mərkəzinin rəhbəri İlqar Orucov Trend-ə deyib.

Onun sözlərinə görə, bu festival ilk dəfə 2011-ci ildə təşkil olunmuşdu.

"Belə festivallar müxtəlif ölkələrdə keçirilir. Biz də bu təcrübəni Azərbaycana gətirdik", - Orucov bildirib.

O əlavə edib ki, festival bir həftə davam edəcək. Bu festival çərçivəsində müxtəlif elmi tədbirlərin keçirilməsi nəzərdə tutulur. Hazırda işçi qrupu festival çərçivəsində keçirilən tədbirlər və onların mövzularının müəyyənləşdirilməsi ilə bağlı işlər aparır.

Orucov deyib ki, Avropa Gənc Alimlər Şurasının dəstəyi ilə Azərbaycanda Avropa Gənc Alimlərinin I Bakı Forumu da keçiriləcək. Bu tədbirin mayın sonuncu ongünlüyündə keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti