...

Azərbaycanda məmurların gəlir bəyannamələrinin təqdim olunmasına dair layihə Nazirlər Kaibnetinə təqdim edilib

Cəmiyyət Materials 23 Yanvar 2013 11:39 (UTC +04:00)
Azərbaycanda məmurların gəlir bəyannamələrinin təqdim edilməsi ilə bağlı layihə hazırlanıb və Nazirlər Kaibnetinə təqdim edilib.
Azərbaycanda məmurların gəlir bəyannamələrinin təqdim olunmasına dair layihə Nazirlər Kaibnetinə təqdim edilib

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanda məmurların gəlir bəyannamələrinin təqdim edilməsi ilə bağlı layihə hazırlanıb və Nazirlər Kaibnetinə təqdim edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov çərşənbə günü 2012-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Hüseynov bildirib ki, Azərbaycanda dövlət məmurlarının gəlir bəyannamələri vermələri ilə bağlı məsələlər müzakirədədir və kifayət qədər təkmil mexanizm hazırlanacaq.

Onun sözlərinə görə, lakin bu mexanizmin tam işə düşməsində ləngimə var. Bunun üçün Bəyannamə forması qəbul olunmalıdır. Lakin hələlik bu forma qəbul olunmayıb. Bu səbəbdən bu işin ləngliyi forma ilə bağlı həssas məqamlarla bağlıdır. Həmin məqamlar hansı məlumatların ora salınıb-salınmamasına dairdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti