...

Azərbaycan Diplomatik Akademiyası Latın Amerikası universitetləri ilə əməkdaşlığı genişləndirəcək

Cəmiyyət Materials 23 Yanvar 2013 18:36 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasında (ADA) akademiyanın rektoru, xarici işlər nazirinin müavini səfir Hafiz Paşayevin Uruqvay Respublikası Prezidentinin xüsusi müşaviri, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepa ilə görüşü keçirilib.
Azərbaycan Diplomatik Akademiyası Latın Amerikası universitetləri ilə əməkdaşlığı genişləndirəcək

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycan Diplomatik Akademiyasında (ADA) akademiyanın rektoru, xarici işlər nazirinin müavini səfir Hafiz Paşayevin Uruqvay Respublikası Prezidentinin xüsusi müşaviri, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepa ilə görüşü keçirilib.

ADA-dan Trend-ə verilən məlumata görə, söhbət zamanı Diyeqo Kanepa Azərbaycana səfərindən və burada izlədiyi yüksək inkişafdan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, Azərbaycan Diplomatik Akademiyası bir təsisat kimi bu surətli və uğurlu inkişafın nümunəsidir. Kanepa ölkəmizə səfəri zamanı Azərbaycan və Cənubi Qafqaz bölgəsinə dair bir çox yeni məlumatlar öyrəndiyini, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından tanış olduğunu qeyd edib.

Uruqvay nümayəndəsi Azərbaycan diplomatlarının olduqca mürəkkəb bir bölgədə yerləşən ölkəni təmsil etdiklərinə görə peşəkar və məharətli olduğunu deyib.

Tərəflər ADA və Latın Amerikası universitetləri arasında əməkdaşlığın və akademik mübadilə proqramlarının artırırlması barədə də fikir mübadiləsi aparıblar. Rektor Hafiz Paşayev akademiyada Beynəlxalq Təqaüd Proqramı üzrə Latın Amerikası ölkələrindən də tələbələrin təhsil aldığını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti