...

Dövlət Dəstəyi Şurası QHT-ləri intizamlı olmağa çağırıb

Cəmiyyət Materials 25 Yanvar 2013 15:17 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-ləri intizamlı olmağa çağırıb.
Dövlət Dəstəyi Şurası QHT-ləri intizamlı olmağa çağırıb

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-ləri intizamlı olmağa çağırıb.

Trend-in məlumatın görə, Şuranın sədri, millət vəkili Azay Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, bəzi QHT-lərin bir neçə il bundan əvvəl hazırladıqları layihələri çox cüzi dəyişikliklər etməklə Şuraya təqdim etməsi təəssüfləndirici faktdır.

"Onlar düşünməsinlər ki, biz bunları maliyyələşdirəcəyik. Elə QHT-lər var ki, müsabiqə müddəti başa çatandan sonra da çox təkidlə layihələrini təqdim etmək istəyirlər və onun qəbuluna nail olmaq istəyirlər. Hətta bununla bağlı Prezident Adminstrasiyasına da şikayət etməkdən çəkinmirlər. Düşünürəm ki, bu QHT-lər ən azı özləri nizam-intizama tabe olmağı bacarmalıdırlar. Əgər layihələri vaxtında təqdim etmirlərsə, onların şikayət etməyə haqları yoxdur", - Quliyev deyib.

Onun sözlərinə görə, bəzi QHT-lər var ki, heç müqavilə şərtləri ilə tanış deyillər, müqavilə şərtlərinin tələblərini yerinə yetirmirlər. Bəzi QHT-lər isə hesabatlarını vaxtında təqdim etmirlər. Layihənin icrasında ciddi problemlər yaradırlar.

"Ötən ilin dekabrında elan olunan 2013-cü ilin müsabiqə layihəsi ilə bağlı sənədlər üzərində iş aparılır. Artıq 500-dən çox layihə daxil olub. Bu layihələr ilkin seleksiyadan keçirilib və ikinci mərhələyə qədəm qoyulub. İkinci mərhələdə ekspertlər layihələri dəyərələndirəcək, onlar Şuranın müzakirəsinə təqdim olunacaq və müvafiq qərarlar qəbul ediləcək", - Şura sədri deyib.

Quliyev bildirib ki, martın 1-dən başlayaraq QHT-lərin həm hesabatları, həm də layihələri elektron formada qəbul ediləcək. Biz buna çox ciddi hazırlıq işləri aparmışıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti