...

TQDK sədri: Ali məktəblərə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalıdır

Cəmiyyət Materials 30 Yanvar 2013 12:02 (UTC +04:00)
Gələcəkdə ali təhsil müəssisələrinə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalı, qəbul planında kəskin sıçrayışlar edilməməli, gələcək perspektivlər müəyyən edilməli, uğurlu qəbul planı siyasəti aparılmalıdır.
TQDK sədri: Ali məktəblərə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalıdır

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Gələcəkdə ali təhsil müəssisələrinə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalı, qəbul planında kəskin sıçrayışlar edilməməli, gələcək perspektivlər müəyyən edilməli, uğurlu qəbul planı siyasəti aparılmalıdır. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə çərşənbə günü 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun elmi-statistik nəticələrinə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, ixtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var.

Abbaszadə deyib ki, III qrupda ərizələrin, II qrupda isə plan yerlərinin nisbi çəkisi böyükdür. Ümumi qəbul planının II ixtisas qrupu üçün ayrılmış hissəsi abituriyent ərizələrinin həmin ixtisas qrupuna düşən hissəsindən böyük, III ixtisas qrupunda isə əksinə, kiçikdir. I və IV ixtisas qruplarında isə bu iki göstərici arasında, demək olar ki, uyğunluq mövcuddur.

Abbaszadə deyib ki, respublikada texniki ixtisaslara ehtiyac çoxdur.

"Deməli, son illər ali təhsil müəssisələrinə tələbə qəbulu planında edilən dəyişikliklər artıq öz müsbət nəticəsini verməkdədir. Bu gün I ixtisas qrupunu seçən abituriyentlərin nisbi çəkisi ilə həmin ixtisas qrupu üçün ayrılmış plan yerlərinin nisbi çəkisi arasında artıq tarazlıq mövcuddur. Yalnız II qrupda plan yerlərinin nisbi çəkisi abituriyent ərizələrinin nisbi çəkisini üstələyib. Bu qrupda plan yerlərinin çox, ərizələrin sayının isə nisbətən az olması müsabiqə vəziyyətinə mənfi təsir göstərib. Nəticədə hazırlıq səviyyəsi o qədər də yüksək olmayan abituriyentlər ali təhsil almaq imkanı əldə edib", - TQDK sədri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti