...

Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti davam edəcək

Cəmiyyət Materials 31 Yanvar 2013 12:38 (UTC +04:00)
Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti sabah da davam edəcək.
Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti sabah da davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 1-də hava şəraitinin tutqun, arabir yağıntılı olacağı, günün ikinci yarısında nisbətən açılacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-2, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Fevralın 1-2-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Azərbaycanın rayonlarında fevralın 1-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti