...

TQDK-nın xətti ilə ali məktəblərə daxil olmayan və köçürülən tələbələrin sayı açıqlanıb

Cəmiyyət Materials 31 Yanvar 2013 16:22 (UTC +04:00)
1992-2012-ci illər ərzində 1496 nəfər tələbə xarici təhsil müəssisəsindən Azərbaycanın ali və orta ixtisas məktəblərinə köçürülüb.
TQDK-nın xətti ilə ali məktəblərə daxil olmayan və köçürülən tələbələrin sayı açıqlanıb

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İsabalayeva/

1992-2012-ci illər ərzində 1496 nəfər tələbə xarici təhsil müəssisəsindən Azərbaycanın ali və orta ixtisas məktəblərinə köçürülüb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, bu müddətdə 637 nəfər Azərbaycanın bir təhsil müəssisəsindən digərinə köçürülüb. Son 20 ildə 198 nəfərin ixtisasını dəyişməklə köçürülməsi, 20 nəfərin təhsil formasını dəyişməklə köçürülməsi, 7 nəfərin isə dövlət hesablı təhsilalma formasından ödənişli əsaslarla təhsilalma formasına keçməklə köçürülməsi baş verib.

Bu müddətdə 1040 tələbə məktəbə TQDK-nın xətti ilə deyil, təhsil müəssəsi tərəfindən qəbul edilib. Azərbaycan vətəndaşlığı olmayan 758 tələbə təhsil müəssisəsi tərəfindən məktəbə qəbul olunub.

Azərbaycanda 2345 nəfər tələbə digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar ali və orta ixtisas məktəbindən xaric olub. 2816 tələbə ixtisasını dəyişib, 198 nəfər ixtisasını dəyişərək məktəbdən məktəbə köçürülüb.

Qeyd edilən müddətdə 4591 tələbə təhsil haqqı, dərsə davamiyyət ilə bağlı və ya öz xahişi ilə məktəbdən xaric edilib. 571 tələbə təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması, 1636 tələbə akademik borca görə məktəbdən xaric edilib.1217 tələbə ailə vəziyyəti, xəstəlik və digər səbəblərlə əlaqədar akademik məzuniyyət götürüb. 1992-2012 il ərzində 331 nəfər kursda qalıb.

Ötən müddətdə təhsilini davam etdirmək üçün ixtisasını dəyişməklə bərpaolunma hallarının sayı 369, təhsil formasını dəyişməklə bərpaolunma hallarının sayı 245, dövlət hesablı təhsilalma formasından ödənişli əsaslarla təhsilalma formasına keçməklə bərpa hallarının sayı isə 9 olub.

2008-2009-cu tədris ilində ali məktəblərin bakalavriat səviyyəsinə 27 824 nəfər qəbul olsa da, potensial olaraq, məktəbi bitirmək imkanında olan tələbələrin sayı 28 954 nəfərə yüksəlib.

2008-2009-cu tədris ilində Azərbaycanın ali məktəblərinin bakalavriat səviyyəsinə xarici təhsil müəssisələrindən 866 tələbə köçürülüb. Digər təhsil müəssisəsindən köçürülən tələbələrin sayı 574 olub, 4 tələbə isə təhsil müəssisəsinin özü tərəfindən ali məktəbə qəbul edilib.

2008-2009-cu tədris ilində digər təhsil müəssisəsinə köçürülmək üçün xaric olan, lakin köçürülməsi başa çatmayan tələbələrin sayı 480 nəfərdir.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ölkə Prezidentinin fərmanı ilə yaradılan "Tələbə-Məzun" Dövlət Elektron Məlumat Sisteminə 1992-2012-ci illərdə TQDK tərəfindən keçirilən qəbul imtahanları nəticəsində tələbə statusu qazanmış 738 007 şəxs haqqında məlumat daxil edilib. Hazırda isə bazada 741 806 şəxs haqqında məlumat var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti