...

Gənclər sahəsində proritet fəaliyyət istiqamətləri açıqlandı

Cəmiyyət Materials 2 Fevral 2013 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu il Gənclər və İdman Nazirliyi xüsusi olaraq gənclərin ictimai həyatda fəal iştirakına, vətənpərvərlik tərbiyəsinə yönəlmiş, eyni zamanda, beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edən layihələrə üstünlük verəcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, nazirliyin əsas fəaliyyət istiqaməti "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında olan bəndlərin icrası olacaq.

"Düşünürəm ki, bu il kifayət qədər maraqlı layihələr olacaq və gənclər bu layihələrdə iştirak edəcəklər", - Babayev deyib.

Qeyd edək ki, bu gün 2 fevral - Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyinin, gənclər təşkilatlarının nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti