• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Azərbaycan və Polşa universitetləri arasında 8 saziş imzalanıb

6 Fevral 2013 13:05 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan və Polşa universitetləri arasında 8 saziş imzalanıb. Trend-in məlumatına görə, bu barədə Avronest Parlament Assambleysaında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov yanvarın 30-dan fevralın 2-dək Azərbaycan nümayəndə heyətinin Polşaya səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, ümumilikdə səfər çərçivəsində 10 rəsmi sənəd imzalanıb və Polşanın yüksək rəsmiləri ilə 9 görüş keçirilib.

Nümayəndə heyətinin tərkibində Polşaya səfər edən Azərbaycan sənaye və energetika naziri Natiq Əliyev qeyd edib ki, Polşa Azərbaycan üçün mühüm bir ölkədir, çünki Polşa Avropanın ən böyük ölkələrindən biridir.

"Polşa Avropa İttifaqına inteqrasiya yolunu tam keçib. Artıq Avropanın bütün bazar elementləri Polşada mövcuddur və tamamilə bazar iqtisadiyyatı prinsipləri ilə işləyən bir ölkədir. Bu baxımdan Polşanın təcrübəsi Azərbaycan üçün vacibdir", - Əliyev deyib.

O, həmçinin səfər çərçivəsində Polşada keçirdiyi görüşlərin əhəmiyyətindən danışıb. Nazir görüş zamanı iki ölkə arasında əməkdaşlığa dair səmərəlli müzakirələrin aparıldığını deyib. Əliyev qeyd edib ki, Polşa ilə Azərbaycan arasında enerji sahəsində xüsusi əməkdaşlıq mövcuddur.

Əliyev, həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın müzakirəsi üçün seminar keçirilməsinin planlaşdırıldığını deyib.

O bildirib ki, səfər zamanı iki ölkə arasında əməkdaşlığın kökləri daha da möhkəmləndirlidi.

Səfərdə iştirak edən təhsil naziri Misir Mərdanov da çıxış edərək qeyd edib ki, Azərbaycan ilə Polşa arasında digər Avropa ölkələrinə nisbətən daha yaxın əməkdaşlıq mövcuddur. Azərbaycan ilə Polşa arasında həm iqtisadi, həm də siyasi müstəvidə əlaqələrin daha da inkişaf etməsi hər iki ölkə üçün vacibdir.

Polşanın elm və təhsil naziri ilə görüşünü xatırladan Mərdanov səmərəli müzakirələrin aparıldığını qeyd edib və Polşanın elm və təhsil nazirinin Azərbaycana dəvət olunduğunu deyib.

Mərdanov Polşa ilə Azərbaycan arasında elm və təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılacağını və bu sahədə saziş imzalanmasının planlaşdırıldığını diqqətə çatdırıb.

O qeyd edib ki, Polşa Azərbaycana böyük maraq göstərir. Mərdanov, həmçinin Azərbaycan ilə Polşa məktəblərinin qardaşlaşması istiqamətində layihənin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Polşaya səfər edən nümayəndə heyətinin digər üzvü, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov da səfərin çox uğurlu olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, səfər çərçivəsində BDU ilə Polşanın 4 universiteti arasında memorandum imzalanıb.

Millət vəkili Səməd Seyidov bildirib ki, səfər çərçivəsində Azərbaycan ilə Polşa arasında əlaqələrin inkişafına böyük töhfə verildi. Polşada yüksək səviyyəli görüşlərin keçirildiyini xatırladan millət vəkili qeyd edib ki, səfər zamanı Azərbaycan ilə Polşa arasındakı münasibətlər yeni bir müstəviyə qaldırldı. O vurğulayıb ki, Polşa universitetlərinin əməkdaşlarə Azərbaycana gəlməyə, birgə müzakirələr aparmağa, seminarlar təşkil etməyə maraqlıdır.

Nümayəndə heyətinin digər üzvləri, millət vəkili Fazil Mustafa, Gülçöhrə Məmmədova, Fərəc Quliyev, Qüdrət Həsənquliyev də səfərin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Azərbaycan və Polşa
  • Elxan Süleymanov
  • Natiq Əliyev
  • Misir Mərdanov
Azernews Newspaper
Digər xəbərlər
Elxan Süleymanov: AŞ PA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı
Nəzər nöqtəsi 23 Aprel 12:28
Milan məhkəməsindən adı korrupsiya ittihamında çəkilən italiyalı siyasətçiyə bəraət verib
Gündəm 13 Fevral 17:14
"Natiq Əliyev" gəmisi ilk səfərə çıxdı: Arktikada buzlarda da hərəkət edir (FOTO)
Biznes və iqtisadiyyat xəbərləri 16 Noyabr 2017 12:39
Binəli Yıldırım Natiq Əliyevin vəfatı ilə əlaqədar Azərbaycana başsağlığı verib
Dünya xəbərləri 11 İyun 2017 01:22
Natiq Əliyevin vəfatı ilə əlaqədar nekroloq imzalanıb
Siyasət 9 İyun 2017 17:01
Natiq Əliyev II Fəxri xiyabanda dəfn olunacaq
Cəmiyyət 9 İyun 2017 14:51
Azərbaycanın energetika naziri Natiq Əliyev vəfat edib
Cəmiyyət 9 İyun 2017 11:39
Natiq Əliyev: Rəsmi Vaşinqtonun “Cənub Qaz Dəhlizi” ilə bağlı mövqeyinə sadiqliyi bizim üçün vacibdir
Energetika 31 May 2017 18:05
Azərbaycan neft hasilatının azaldılmasına dair müddətin uzadılmasına razılıq verib
İqtisadiyyat 25 May 2017 20:35
Natiq Əliyevdən neftin qiyməti ilə bağlı AÇIQLAMA
Energetika 24 May 2017 17:17
ABŞ səfiri Energetika Nazirliyində olub
Energetika 19 May 2017 15:08
Natiq Əliyev Vyanaya gedəcək - Neftin qiymətinə görə
Energetika 19 May 2017 15:04
Natiq Əliyev ABŞ-a səfər edəcək
İqtisadiyyat 24 Aprel 2017 15:48
Natiq Əliyev Türkiyəyə səfər edəcək
Energetika 3 Aprel 2017 12:29
Nazir "Statoil"u danışıqlar mərhələsindən saziş mərhələsinə keçməyə çağırıb (FOTO)
İqtisadiyyat 14 Mart 2017 14:56
Natiq Əliyev: 2017-ci il "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində həlledici tarix sayılır
İqtisadiyyat 24 Fevral 2017 14:48
Nazir dünya neft bazarlarındakı vəziyyətin "Cənub Qaz Dəhlizi"nə təsirindən danışdı (FOTO) (YENİLƏNİB)
Energetika 23 Fevral 2017 17:09
Nazir: "Cənub Qaz Dəhlizi“nin vaxtında başa çatdırılması əməkdaş ölkələrin münasibətindən xeyli asılıdır (FOTO)
Energetika 22 Fevral 2017 17:49
Ən çox oxunanlar
Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı - SƏBƏB? (YENİLƏNİB)
Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı - SƏBƏB? (YENİLƏNİB)
Artıq “WhatsApp”a hamı daxil ola bilməyəcək - Yaş həddi...
Bakıda 4 orta məktəbdə dərslər dayandırılıb
Yeni nazirdən məktəbəqədər təhsil müəssisələrinin yenidən nazirliyin tabeliyinə verilməsi məsələsinə münasibət
Nəzər nöqtəsi
Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu
Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter