...

Bu gündən Azərbaycanda magistraturaya sənəd qəbulu başlayır

Cəmiyyət Materials 11 Fevral 2013 08:00 (UTC +04:00)
Bu gündən 2013-2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu başlayır.
Bu gündən Azərbaycanda magistraturaya sənəd qəbulu başlayır

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən 2013-2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu başlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, bakalavrlar "Bakalavrın elekron ərizə" formasını fevralın 11-dən 21-dək doldurmalı, fevralın 12-dən 22-dək isə ərizələrini təsdiq etdirməlidirlər. Cari ilin məzunları "Bakalavrın elektron ərizə" formasını bitirdikləri ali məktəblərdə yaradılmış Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməlidirlər.

Ali məktəblərin əvvəlki illərin məzunları, nəzdində SQK-lar fəaliyyət göstərməyən ali məktəblərin məzunları "Bakalavrın elektron ərizə" formasını ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində təsdiq etdirə bilərlər.

Xarici ölkələrdə ali təhsil almış Azərbaycan vətəndaşları "Bakalavrın elektron ərizə" formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirməlidirlər. Elektron imzaları olan bakalavlar SQK-ya müraciət etmədən ərizələrini təsdiqlədə bilərlər.

Qəbul imtahanının birinci mərhələsi martın 3-də keçiriləcək.

Azərbaycanda ilk dəfə olaraq ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı fevralın 17-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti