...

Bakıda yeni "Fresco" supermarketi açılır

Cəmiyyət Materials 12 Fevral 2013 12:33 (UTC +04:00)
Fevralın 12-də saat 14.00-da şəhərin mərkəzində yeni supermarket öz qapılarını alıcıların üzünə açır.
Bakıda yeni "Fresco" supermarketi açılır

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Fevralın 12-də saat 14.00-da şəhərin mərkəzində yeni supermarket öz qapılarını alıcıların üzünə açır. Yeni mağazanın sahəsi 2 000 kv. m, yəni təqribən üç tennis kortunun sahəsi qədərdir. Bu ərazidə 20 000-dən artıq mal müştərilərə təqdim olunur. Yeni supermarket "AF Business House" biznes mərkəzinin birinci mərtəbəsində yerləşir.

"Təzə" mallar

"Fresco"-nun əsas xüsusiyyətlərindən biri təzə malların geniş çeşiddə təqdim olunmasıdır. Yeni supermarket həm bazarı, həm də baqqal dükanını əvəz edəcək. Burada həm gözəl meyvə-tərəvəz, təzə kəsilmiş ət, akvariumdan çıxarılmış təzə balıq, həm də hazır salatlar və xəmirdən bişirilmiş məmulatlar da almaq olar.

Supermarketin piştaxtalarında həm xarici, həm də yerli brendlərə aid məhsullar satışa çıxarılır. Beləliklə, siz burada nəinki ənənəvi məhsulların, həm də yeni məhsulların dadına baxa bilərsiniz.

Ağzının ləzzətini bilənlər üçün "Fresco" supermarketi xüsusilə aktualdır. Burada həm təzə bişirilmiş un məmulatları, təzə meyvə-tərəvəz, ət, balıq, delikateslər, elit şərablar və konyaklar, habelə ev və məişət üçün zəruri əşyalar tapmaq olar. Bütün mallar xüsusi seçim və hazırlıq prosesi keçdiyi üçün, "Fresco" ən tələbkar alıcıların da tələbini ödəyəcək.

Yeni texnologiyalar

Supermarketin sahəsi ən yeni riteyl texnologiyalarından istifadə etməyə imkan verir. Onlar müasir keyfiyyət standartlarına uyğundur, bir çox xüsusiyyətlərinə görə isə onları hətta qabaqlayır da. Alıcıların rahatlığı üçün çox böyük iş görülüb və aşağıdakı nəticələr əldə olunub:

• Mağaza ərazisinin düzgün bölüşdürülməsi, alıcının ona lazım olan malı tez bir vaxtda tapmasına imkan yaradacaq. Mağazanın vizual olaraq müəyyən qrup malların nümayiş olunduğu zonalara bölünməsi vaxta qənaət etməyə kömək edəcək.
• Malların intuisiyaya uyğun yerləşdirilməsi alıcılara onları maraqlandıran mal və brendləri maksimum tez tapmaqda kömək edəcək.
• Diqqətlə seçilmiş işıqlandırma və rəng çalarları sayəsində ticarət zalının rahat abı-havası stressdən qurtulmağa və burada keçirdiyiniz vaxtdan zövq almağınıza kömək edəcək.
• Müasir ticarət avadanlığı və keyfiyyətə daim nəzarət alıcılara aldıqları malların təzəliyinə əmin olmaq imkanı verəcək.

"Fresco" - Azərbaycan bazarında tələbkar istehlakçı üçün əlçatan və keyfiyyətli brend kimi mövqe tutmuş yeni supermarketlər şəbəkəsidir. Yeni supermarketlər "Azeri Retail" ticarət şəbəkəsinin tərkibinə daxildir. Bu şəbəkə Azərbaycan bazarında 2010-cu ildən fəaliyyət göstərir. Yeni supermarketlər üçün əsas dəyərlər: təzəlik, yenilik, keyfiyyət, mehribanlıq və əla qiymətdir.

Brendin loqotipi sadəliyi və məntiqliliyi ilə seçilir ki, bu da onu istehlakçı üçün yaddaqalan edir. "Fresco" loqotipinin rəng çalarları isə təzəliyi, həyatiliyi, sağlamlığı və əlbəttə ki, təbiiliyi əks etdirir.

2013-cü ilin sonuna qədər "Fresco" brendi altında daha beş supermarketin açılması gözlənilir.

Yeni "Fresco" supermarketinin ünvanı:
Azərbaycan, Bakı, Nizami küç.129, "AF Business House"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti