...

Bakıda yeni tikililəri "satan" bir qrup dələduz ifşa edilib

Cəmiyyət Materials 19 Fevral 2013 15:11 (UTC +04:00)
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Bakıda yeni tikililəri "satan" bir qrup dələduz ifşa edilib

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İzzət/

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılmış araşdırmalarla "Afina" Məhdud Məsuliyyətli Cəmiyyətin tikinti işləri üzrə direktoru vəzifəsində işləmiş Süleymanov Qüvvətəli Hacıbaba oğlunun həmin vəzifədən çıxdıqdan sonra tanışı Xəlilov Rauf Nizami oğlu ilə qabaqcadan razılaşmaqla dələduzluq yolu ilə vətəndaş Verdiyev Qəmbər Yusif oğlunun külli miqdarda pulunu ələ keçirmələri faktları aşkar edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Q.Süleymanov tanışı R.Xəlilovla əlbir olaraq cəmiyyətin Bakı şəhərində inşa etdiyi yaşayış binasından mənzil almaq istəyən Q.Verdiyevin etibarından sui-istifadə edərək sahəsi 217 kvadratmetr olan 4 otaqlı mənzil üçün 325 min 500 manata satılması barədə saxta müqavilə bağlayıb pulun qəbul edilməsi barədə saxta maliyyə arayışı yazıb təqdim etməklə sonuncunun külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirmişlər.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti