...

İran əhalisi qocalır

Cəmiyyət Materials 20 Fevral 2013 14:11 (UTC +04:00)
İran Səhiyyə Nazirliyi ölkə əhalisinin yaşlanma təhlükəsinin olduğunu bəyan edib. Bu barədə Trend çərşənbə günü "Mehr" agentliyinə istinadən məlumat verir.
İran əhalisi qocalır

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran Səhiyyə Nazirliyi ölkə əhalisinin yaşlanma təhlükəsinin olduğunu bəyan edib. Bu barədə Trend çərşənbə günü "Mehr" agentliyinə istinadən məlumat verir.

Nazirliyin Yaşlı insanların problemləri şöbəsinin müdiri xanım Parisa Taheri deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 65 və yuxarı yaşda olan insanların sayı 5 və daha aşağı yaşda olanlardan çoxdur.

Onun sözlərinə görə, dünya əhalisi getdikcə qocalır və belə vəziyyət İran daxil olmaqla, bütün ölkələrdə müşahidə edilir.

"Fərq ondan ibarətdir ki, digər ölkələrdə bunu dərk edir və problemin həlli yollarını axtarmağa çalışırlar, hərçənd İranda mövcud problemə ciddi yanaşılmır", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti