...

Azərbaycan tələbələrinin xaricdə təhsilinin maliyyələşdirilməsinə 30 milyon manat ayrılacaq

Cəmiyyət Materials 22 Fevral 2013 13:32 (UTC +04:00)
Bu il Azərbaycan tələbələrinin xaricdə təhsilinin maliyyələşdirilməsinə 30 milyon manat ayrılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.
Azərbaycan tələbələrinin xaricdə təhsilinin maliyyələşdirilməsinə 30 milyon manat ayrılacaq

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir H.Vəliyev/

Bu il Azərbaycan tələbələrinin xaricdə təhsilinin maliyyələşdirilməsinə 30 milyon manat ayrılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, ötən il bu məbləğ 20 milyon manat təşkil edib.

Nazirliyin məlumatına əsasən, 2012-2013-cü illərdə 606 tələbə təhsil almaq üçün xaricə göndərilib. Onlardan 36 faizi səhiyyə sahəsində təhsil alır.

Təhsil nazirinin müavini Qulu Novruzovun sözlərinə görə, son illərdə fundamental elmlər, İKT, mühəndislik, nanotexnologiyalar və s. sahələrdə təhsil alanların sayı xeyli artıb.

Xaricdə təhsil alan 606 tələbədən 205-i bakalavrdır. Dövlət Proqramının həyata keçirilməsinin başlamasından (2007-ci il) etibarən təhsil almaq üçün xaricə 1824 nəfər göndərilib.

Nazirlik növbəti illərdə kənd təsərrüfatı, fundamental elmlər sahələrində təhsil alanların sayını artırmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti