...

Azərbaycanda yaxın ərazidə yaşayan uşaqlar lisey və gimnaziyalara müsabiqəsiz qəbul ola bilərlər

Cəmiyyət Materials 4 Mart 2013 16:31 (UTC +04:00)
Azərbaycanda lisey və gimnaziyalarda həmin təhsil müəssisələrinin yaxınlığında yaşayan və 1-ci sinifə gedəcək şagirdlər üçün ayrı bir sinifin açılması nəzərdə tutulur.
Azərbaycanda yaxın ərazidə yaşayan uşaqlar lisey və gimnaziyalara müsabiqəsiz qəbul ola bilərlər

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda lisey və gimnaziyalarda həmin təhsil müəssisələrinin yaxınlığında yaşayan və 1-ci sinifə gedəcək şagirdlər üçün ayrı bir sinifin açılması nəzərdə tutulur.

Təhsil Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, həmin məktəblər şagirdləri müsabiqə yolu ilə qəbul edir. Lakin ərazidə yaşayan bəzi uşaqlar bu müsabiqələrdə iştirak edərək qalib ola bilmirlər. Ona görə də valideynlər uşaqlarını uzaq ərazidəki mətkəbdə oxutmağa məcbur olurlar.

Nazirlikdən bildirilib ki, ancaq bu təklif hələ rəsmiləşdirilməyib və bununla bağlı konkret qərar verilməyib.

Ədliyyə Nazirliyinə təqdim edilmiş müvafiq sənədə əsasən, sentyabrın 15-dək 6 yaşı tamam olan, əqli, fizki baxımdan hazırlıqlı şagirdlər I sinifə qəbul olunurlar. Oktyabrın sonuna kimi anadan olan uşaqların I sinifə qəbulu məsələsinə məktəb komissiyalarında baxılacaq. Noyabr ayında anadan olanların I sinifə qəbulu məsələsinə nazirlik tərəfindən baxılacaq.

Qeyd edək ki, Təhsil Nazirliyinə lisey və gimnaziyalarda həmin təhsil müəssisələrinin yaxınlığında yaşayan şagirdlər üçün ayrı bir sinifin açılması barədə təklifi Təhsil Problemləri İnstitutu təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti