...

Ələt-Astara magistralında ağır yüklü nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub

Cəmiyyət Materials 5 Mart 2013 10:20 (UTC +04:00)
Ələt-Astara magistralı yolunda dağılan körpünün ətrafında martın 4-də saat 21.30-dan etibarən ağır yüklü maşınların hərəkəti üçün salınan müvəqqəti yolda işlər başa çatdırılıb və ağır yüklü nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Ələt-Astara magistralında ağır yüklü nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir M.Əliyev/

Ələt-Astara magistralı yolunda dağılan körpünün ətrafında martın 4-də saat 21.30-dan etibarən ağır yüklü maşınların hərəkəti üçün salınan müvəqqəti yolda işlər başa çatdırılıb və ağır yüklü nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub. Bu barədə çərşənbə axşamı Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

"Hazırda ağır yüklü maşınlar həmin ərazidən hərəkət edir. Lakin təəssüf olsun ki, normadan artıq yüklənmiş nəqliyyat vasitələri işə əngəl törədirlər", - o deyib.

Mürsəliyev bildirib ki, bu gün səhər saatlarından etibarən köhnə körpüdə söküntü işlərinə başlanılıb. Körpünün əsas konstruksiyaları dəyişdirilərək körpü tam bərpa olunacaq.

Qeyd edək ki, martın 4-də gecə 02:00-03:00 radələrində ağırtonajlı avtomobillərin hərəkəti nəticəsində Ələt-Astara magistralı yolunun 141-ci kilometrliyində Mişarçay üzərindəki körpünün aşırım tirləri qırılıb. Hadisə baş verəndən sonra minik avtomobilləri üçün alternativ yol verilib.

Körpü 1964-cü ildə inşa edilib. Körpünün uzunluğu 47,9 metr, qabariti isə 9,3 metrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti