...

Son 10 ildə Azərbaycanda 1808 ixtiranın qeydiyyatı aparılıb

Cəmiyyət Materials 6 Mart 2013 12:41 (UTC +04:00)
Son 10 il ərzində Azərbaycanda 1808 ixtiranın qeydiyyatı aparılıb və müəlliflərə müvafiq mühafizə sənədləri təqdim edilib.
Son 10 ildə Azərbaycanda 1808 ixtiranın qeydiyyatı aparılıb

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İsabalayeva/

Son 10 il ərzində Azərbaycanda 1808 ixtiranın qeydiyyatı aparılıb və müəlliflərə müvafiq mühafizə sənədləri təqdim edilib.

Trend-in məlumatına görə, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabat"da qeyd edilib ki, 2004-2012-ci illərdə Azərbaycanda 350-dən cox elmi tədqiqat işinin nəticələri istehsalatda tətbiq edilib. Bu işlərdən bir qismi müqavilələr, digərləri isə birgə proqramlar əsasında yerinə yetirilib.

Elm və elm xidmətləri fəaliyyət növü üzrə orta aylıq nominal əməkhaqqı 2003-cü ilə nisbətən 6,3 dəfə artaraq 2012-ci ildə 370,4 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti