...

AZAL-ın “qara siyahısı” açıqlandı

Cəmiyyət Materials 6 Mart 2013 14:06 (UTC +04:00)
Azərbaycan Hava Yolları Dövlət Konserni-AZAL-ın “qara siyahısı”na 82 nəfər düşüb.
AZAL-ın “qara siyahısı” açıqlandı

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İzzət/

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) "qara siyahısı"na 82 nəfər düşüb. Trend xəbər verir ki, bu barədə jurnalistələrə açıqlamasında AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli bildirib.

Onun sözlərinə görə, onların bu siyahıya düşməsinin əsas səbəbləri təyyarədə siqaret çəkmələri, mobil telefondan istifadə etmələri və digər qanunla icazə verilməyən əməllər törətmələridir.

Xidmət rəisi bildirib ki, həmin şəxslərin bir il ərzində AZAL-ın xidmətlərindən istifadə etmələrinə qadağa qoyulub.

Bu zaman Səfərli həmin şəxslərdən neçəsinin Azərbaycan və ya xarici ölkə vətəndaşı olduğunu açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti