...

Azərbaycan sürücüləri üçün şad xəbər (FOTO)

Cəmiyyət Materials 7 Mart 2013 10:16 (UTC +04:00)
Ələt-Astara magistralı yolunda dağılan körpünün ətrafında avtomobillərin hərəkəti üçün ikinci alternativ yolun salınması üçün aparılan işlərin bu gün günortadan sonra yekunlaşması gözlənilir. Bu barədə Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Azərbaycan sürücüləri üçün şad xəbər (FOTO)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.Mehdiyev/

Ələt-Astara magistralı yolunda dağılan körpünün ətrafında avtomobillərin hərəkəti üçün ikinci alternativ yolun salınması üzrə aparılan işlərin bu gün günortadan sonra yekunlaşacağı gözlənilir. Bu barədə Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

"Çalışacayıq ki, bu gün günortadan sonra ikinci alternativ yol da açılsın və orada avtomobillərin hərəkəti təmin olunsun. Hazırda birinci alternativ yol ilə avtomobillər normal hərəkət edə bilir", - Mürsəliyev deyib.

Mürsəliyev həmçinin qeyd edib ki, uçan körpünün aşırım tirlərinin hamısı sökülüb, bütün kommunikasiya xətləri köçürülərək bərpa olunub, körpünün ətrafı təmizlənib, hazırda qazma işləri gedir, aşırım tirləri də hazırlanır.

"Çalışacayıq ki, yaxın 15-20 gün ərzində o körpünün də bərpasını tam başa çatdıraq", - Mürsəliyev deyib.

Qeyd edək ki, martın 4-də gecə 02:00-03:00 radələrində ağırtonajlı avtomobillərin hərəkəti nəticəsində Ələt-Astara magistralı yolunun 141-ci kilometrliyində Mişarçay üzərindəki körpünün aşırım tirləri qırılıb. Hadisə baş verəndən sonra minik avtomobilləri üçün alternativ yol verilib.

Körpü 1964-cü ildə inşa edilib. Körpünün uzunluğu 47,9 metr, qabariti isə 9,3 metrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti