...

"Ən yaxşı müəllim" olmaq istəyənlər daha çox ibtidai sinif müəllimləridir

Cəmiyyət Materials 11 Mart 2013 15:59 (UTC +04:00)
Bu il "Ən yaxşı müəllim" müsabiqəsində iştirak üçün sənəd verən müəllimlərin sayına görə ibtidai sinif müəllimləri üstünlük təşkil edir.
"Ən yaxşı müəllim" olmaq istəyənlər daha çox ibtidai sinif müəllimləridir

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İsabalayeva/

Bu il "Ən yaxşı müəllim" müsabiqəsində iştirak üçün sənəd verən müəllimlərin sayına görə ibtidai sinif müəllimləri üstünlük təşkil edir.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu təhsil naziri Misir Mərdanov "Ən yaxşı müəllim" müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu və sınaq dərslərinin təşkil edildiyi məktəblərin direktorları ilə görüşündə deyib.

O bildirib ki, say çoxluğuna görə iştirakçı müəllimlərin 44-ü ibtidai sinif, 32-si ingilis dili, 25-i tarix, 23-ü Azərbaycan dili və ədəbiyyat müəllimidir.

Mərdanov deyib ki, bu müsabiqə Azərbaycan Prezidenti İlham Əliyevin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən artıq altıncı dəfə keçirilir. Maddi stimullaşdırma ilə müşayiət olunan bu müsabiqənin əsas məqsədi ən yaxşı müəllimlərin üzə çıxarılmasıdır.

Təhsil nazirinin sözlərinə görə, "Ən yaxşı müəllim" müsabiqəsinə 2013-cü ildə 481 nəfər sənəd təqdim edib. Onlardan 477-nin sənədi ekspertizadan keçib. Müsabiqədə iştirak üçün sənəd verən 477 nəfərdən 27-si 2007-2008-ci tədris ilində "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş müəllimlərdir. Ekspertizanın nəticələrinə görə, sənədləri qəbul olunmuş 477 müəllimdən müvafiq bal toplamış 207 nəfər (Təşkilat Komitəsinə müraciət etmiş 6 nəfər sonradan növbəti mərhələyə buraxılıb) II mərhələyə buraxılıb.

II mərhələ başa çatdıqdan sonra hər bir müəllim müəyyən olunmuş vaxtda Təşkilat Komitəsinin iclasında 10 dəqiqəlik təqdimatla çıxış edəcək. Hər hər bir mərhələnin nəticələrinə əsasən, müsabiqə iştirakçılarının yekun balı müəyyən olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti