...

Türkiyənin ali məktəblərində oxumaq istəyənlər üçün sənəd qəbuluna başlanıldı

Cəmiyyət Materials 15 Mart 2013 13:50 (UTC +04:00)
Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalarla iş üzrə Baş İdarəsi Türkiyə ali məktəblərində bu ölkənin höküməti tərəfindən verilən təqaüdlər əsasında təhsil almaq gənclər üçün sənəd qəbulu aparır.
Türkiyənin ali məktəblərində oxumaq istəyənlər üçün sənəd qəbuluna başlanıldı

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İsabalayeva/

Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalarla iş üzrə Baş İdarəsi Türkiyə ali məktəblərində bu ölkənin höküməti tərəfindən verilən təqaüdlər əsasında təhsil almaq gənclər üçün sənəd qəbulu aparır.

Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, Türkiyədə bakalavr, magistratura və doktorantura təhsili almaq istəyənlər üçün müraciətlərin qəbulu martın 31-də başa çatacaq. Gənclər Türkiyənin dünya standartlarına sahib ən yaxşı universitetlərində siyasət elmi, beynəlxalq əlaqələr, hüquq, mühəndislik, islami elmlər, kənd təsərrüfatı, iqtisadiyyat, media və rabitə, tarix, sosiologiya, memarlıq, dilçilik və daha bir çox sahələrdə təhsil ala bilərlər.

Müraciətlər www.turkiyeburslari.gov.tr və ya www.trscholarships.org internet saytları vasitəsilə edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti