...

Qənirə Paşayeva Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş gənclərin problemlərinin həlli məsələsini qaldırıb

Cəmiyyət Materials 15 Mart 2013 17:04 (UTC +04:00)
Azərbaycan Parlamentinin millət vəkili Qənirə Paşayeva Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 gəncin problemlərinin həlli məsələsini qaldırıb.
Qənirə Paşayeva Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş gənclərin problemlərinin həlli məsələsini qaldırıb

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin millət vəkili Qənirə Paşayeva Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 gəncin problemlərinin həlli məsələsini qaldırıb.

Trend-in məlumatına görə, millət vəkili cümə günü Milli Məclisdə Azərbaycan hökumətinin 2012-ci ildə fəaliyyəti barədə hesabatının dinlənilməsi zamanı çıxışında bildirib ki, 18 yaşdan sonra həmin gənclər şəhid ailəsi statusunu da itiriblər.

"Həmin gənclərin ev problemləri də var. Onlarla görüşdə iştirak edən millət vəkilləri adından hökumətdən həmin gənclərin evlə təmin edilməsini xahiş edirik", - o deyib.

Qənirə Paşayeva müəllimə dövlət qulluqçusu statusunun verilməsi məsələsinin hələ də həllini tapmamasına diqqət çəkib və hökumət üzvlərinin bu məsələyə aydınlıq gətirmələrini istəyib.

O, "Tütün və tütün məmulatları haqqında" qanunda 18 yaşına çatmamış uşaqlara siqaret satılmasının qadağan olunmasına baxmayaraq, qanunun tələblərinin yerinə yetirilməsi istiqamətində ciddi addımların atılmasının müşahidə olunmadığını da söyləyib.

Millət vəkili orqan transplantasiyası məsələsinə də toxunub: "Azərbaycanda orqan bağışlanması ilə bağlı norma və qaydalar hələ yoxdur. Orqan bağışlanmasının mexanizmi olmadan bu sahənin inkişafı mümkün deyil. Digər tərəfdən, səhiyyədə ən vacib məsələ tibbi sığortanın inkişafıdır. Niyə tibbi sığorta sistemi genişlənə bilmir?"

Qənirə Paşayeva 2013-cü ildə ölkədə qazlaşma prosesinin başa çatması ilə bağlı dövlət başçısının tapşırıq verdiyini xatırladıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti