...

Ədliyyə naziri Milli Məclisdə məhkəmələrin fəaliyyətini qiymətləndirdi

Cəmiyyət Materials 15 Mart 2013 18:36 (UTC +04:00)
Azərbaycanda son illər 20 yeni məhkəmə yaradılıb. Trend-in məlumatına görə, bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı ədliyyə naziri Fikrət Məmmədov bildirib.
Ədliyyə naziri Milli Məclisdə məhkəmələrin fəaliyyətini qiymətləndirdi

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda son illər 20 yeni məhkəmə yaradılıb. Trend-in məlumatına görə, bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı ədliyyə naziri Fikrət Məmmədov bildirib.

Məmmədov deyib ki, rayonlarda da ağır cinqayətlər üzrə məhkəmələr yaradılıb və artıq yüzlərlə, minlərlə şəxs Bakıya üz tutmalı olmur.

Ədliyyə naziri 4 yeni məhkəmə binasının bu yaxınlarda istifadəyə verildiyini nəzərə çatdırıb.

"Bu məhkəmələr də yeni prinsiplərlə qurulub. Vətəndaşlarla hakimlər arasında qeyri-prosessual məsələlərlə bağlı ünsiyyətin qarşısının alınması istiqamətində addımlar atılıb. Məhkəməyə gələ bilməyən şahidlərin dindirilməsi də artıq mümkündür. Dünya Bankı bununla bağlı layihəni uğurlu qiymətləndirib və işlərimizi davam etdirmək üçün bizə dəstəyini davam etdirir. Bizim üçün əsas odur ki, bunlar real məhkəmə proseslərində də öz bəhrəsini göstərsin", - Məmmədov bildirib.

Nazir Milli Məclisdə müzakirə olunan apellyasiya və Ali məhkəmələr tərəfindən qərarların ləğv olunması məsələsinə də toxunub.

"Bu gün diqqət yetirsək görərik ki, 97 faizə qədər belə hal yoxdur, işlərin cüzi miqdarı yuxarı məhkəmə instansiyalarında ləğv olunur. Bu da təbiidir, Azərbaycanda 3 pilləli məhkəmə sistemi var. 2003-cü ildən Avropa məhkəmə sisteminə qoşulmuşuq. Avropa Məhkəməsinə 150 min iş yığılıb, təkcə bu işlərə baxmaq üçün məhkəməyə 20 il lazımdır. Bu işlərin 55 faizi Rusiya, İtaliya, Rumıniya və Yunanıstana aiddir. Qəbul edilən qərarlar Ukrayna, Yunanıstan, Türkiyə və Rusiyaya da aiddir. Azərbaycanla bağlı bu göstəricilər 2 dəfə azdır. İşlər çox olduğu üçün Avropa Məhkəməsində yerli məhkəmələrin işinin təkmilləşdirilməsi müzakirə olunur", - nazir bildirib.

Onun fikrincə, məhkəmələr vətəndaşların, iş adamlarının hüqunlarının müdafiəsində dururlar.

"Biz daim məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı sorğular keçiririk. Eyni zamanda, hakimlərin məsuliyyətinin artırılması ilə bağlı xeyli tədbirlər görülüb. 60 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilib, 148 hakim barədə inzibati tədbir görülüb, 3 hakim aşağı vəzifəyə keçirilib. Hakimlərlə bağlı Avropa Şurası ilə birlikdə Azərbaycanda ən ədalətli seçim qaydası tətbiq olunub", - nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti