...

Sabah Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq, külək arabir güclənəcək

Cəmiyyət Materials 16 Mart 2013 11:53 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq, külək arabir güclənəcək.
Sabah Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq, külək arabir güclənəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq, külək arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova şənbə günü Trend-ə bildirib ki, martın 17-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən bululu, əsasən yağmursuz olacaq. Axşama doğru buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Bəzi yerlərdə isə havanın temperaturunun 22 dərəcə olacağı proqnozlaşdırılır.

Martın 17-də respublikanın bölgələrində hava şəraitinin əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağıntı qeydə alınacaq. Mülayim qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti