...

Azərbaycanın bəzi rayonlarındakı qar ehtiyatları ötən illə müqayisədə azalıb

Cəmiyyət Materials 25 Mart 2013 11:29 (UTC +04:00)
İlkin məlumatlara əsasən, Azərbaycanda Kicik Qafqazın Daşkəsən, Gədəbəy, Göygöl rayonları ərazisindəki bu ilki qar ehtiyatları ötən illə müqayisədə aşağı olub.
Azərbaycanın bəzi rayonlarındakı qar ehtiyatları ötən illə müqayisədə azalıb

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir İ.İsabalayeva/

İlkin məlumatlara əsasən, Azərbaycanda Kicik Qafqazın Daşkəsən, Gədəbəy, Göygöl rayonları ərazisindəki bu ilki qar ehtiyatları ötən illə müqayisədə aşağı olub. Bunu bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

O deyib ki, bu il ayrı-ayrı günlərdə dağlıq ərazilərə qar yağması müşahidə edilsə də, ancaq ümumilikdə Kiçik Qafqazda qar ehtiyatları az olub. Verdiyev Azərbaycanda qar ehtiyatlarının əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, eyni zamanda Böyük Qafqaz və Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərində toplandığını da söyləyib.

Baş hidroloqu bildirib ki, bu ilki qar ehtiyatlarını öyrənmək üçün respublikanın dağlıq ərazilərində 28 marşrut üzrə qar ölçmə işləri aparılıb və bu iş artıq başa çatıb. Hazırda bununla əlaqədar hesablama işləri aparılır. Hesablama işləri aparılarkən qar örtüyünün orta hündürlüyü, onun sıxlığı, sululuğu və digər parametləri öyrənilir.

Verdiyev bildirib ki, hazırda Gürcüstan hidrometeoroloqları Kür və Qanıx çayının hövzəsində iki marşrut üzrə qarölçmə işləri aparırlar. Bu işlər yekunlaşdıqdan sonra onun nəticələri də gursululuq bağlı proqnoz həmin məlumatlara əlavə ediləcək. Azərbaycanda gözlənilən gursululuq bağlı proqnoz hazırlanarkən Ümumdünya Metrologiya Təşkilatınınm 5 regional hava proqrnoz mərkəzinin aprel, may, iyun ayları üçün hava proqnozları da əldə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti