Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İzzət/
Bakıda 4 saylı cəzaçəkmə müəssisəsində tennis yarışı keçirilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, martın 27-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin Penitensiar Xidmətdə qeyd edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq, 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadın məhkumlar arasında stolüstü tennis yarışı keçirilib.
Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin və Stolüstü Tennis Federasiyasının nümayəndələri iştirak ediblər.
Yarışın qalibləri diplom və hədiyyələrlə təltif ediliblər.