...

Misir Mərdanov: Azərbaycanda müəllimlərin işə qəbulu üçün imtahanlar daha ciddi təşkil olunacaq

Cəmiyyət Materials 30 Mart 2013 13:43 (UTC +04:00)
Azərbaycanda müəllimlərin işə qəbulu üçün imtahanlar bu il daha ciddi şəkildə təşkil olunacaq. Trend-in məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov şənbə günü jurnalistlərə deyib.
Misir Mərdanov: Azərbaycanda müəllimlərin işə qəbulu üçün imtahanlar daha ciddi təşkil olunacaq

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda müəllimlərin işə qəbulu üçün imtahanlar bu il daha ciddi şəkildə təşkil olunacaq. Trend-in məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov şənbə günü jurnalistlərə deyib.

Onun sözlərinə görə, növbəti tədris ili üçün orta məktəblərə müəllimlərin işə qəbulu üzrə imtahanda istifadə ediləcək suallar daha da təkmilləşdirilib. Eyni zamanda, bu il imtahana nəzarət daha güclü şəkildə təşkil olunacaq.

Mərdanov bildirib ki, ötən illərdə olduğu kimi, bu il də işə qəbul imtahanları yalnız Bakıda keçiriləcək.

"Hələlik gücümüz bu imtahanları yalnız Bakıda keçirməyə çatır. Bu imtahanları gələcəkdə Gəncədə də keçirmək fikrimiz var", - nazir əlavə edib.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üçün sənəd qəbuluna iyuldan başlanılır. İmtahanlar iyul-avqust ayları ərzində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti