...

Azərbaycanda gənc istedadlı müəllimlərin məlumat bankı yaradılır

Cəmiyyət Materials 18 Aprel 2013 15:57 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ölkədəki orta məktəblərdə çalışan gənc istedadlı müəllimlərin məlumat bankını yaradır.
Azərbaycanda gənc istedadlı müəllimlərin məlumat bankı yaradılır

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ölkədəki orta məktəblərdə çalışan gənc istedadlı müəllimlərin məlumat bankını yaradır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.

O qeyd edib ki, yaxın zamanlarda bu barədə ictimaiyyətə daha geniş məlumat veriləcək.

Nazirin sözlərinə, məlumat bankı hazır olduqdan sonra Azərbaycandakı istedadlı, gənc müəllimlər barədə nazirliyin məlumatı olacaq.

"Eyni zamanda, biləcəyik ki, bu müəllimlər harada, hansı ixtisaslar üzrə işləyirlər. Lazım gəldikdə, Azərbaycan təhsilinin inkişafı üçün onların gücündən istifadə edəcəyik", - nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti