...

Bakıda korrupsiyaya dair qanunvericilik bazası müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2013 13:36 (UTC +04:00)
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət "Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili" adlı layihənin icrasını davam etdirir.
Bakıda korrupsiyaya dair qanunvericilik bazası müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət "Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili" adlı layihənin icrasını davam etdirir.

Trend-in məlumatına görə, layihə çərçivəsində bu gün Bakıda dəyirmi masa keçirilib.

Dəyirmi masada korrupsiya ilə mübarizə aparan qurumların nümayəndələri, QHT rəhbərləri, ekspertlər, media təmsilçiləri iştirak ediblər. Tədbirdə cəmiyyətin ağrılı problemlərindən olan korrupsiyanı yaradan səbəblərdən, onunla mübarizə yollarından və son illər dövlət tərəfindən həyata keçirilən antiukorrupsiya tədbirlərində əldə olunmuş uğurlardan danışılıb.

Korrupsiyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərinin və vətəndaş cəmiyyəti institutları ilə medianın əməkdaşlığının vacibliyini vurğulayan layihənin rəhbəri Elman Cəfərli bildirib ki, bu məsələdə medianın rolu xüsusi qeyd olunacaq.

Onun fikrincə, maarifləndirmə tədbirləri media vasitəsilə həyata keçirilməlidir. Korrupsiyanın mahiyyəti, səbəbləri və onun doğurduğu təhlükələr haqqında maarifləndirmə işi aparılmalı, vətəndaş cəmiyyəti institutları, özəl sektorun və kütləvi informasiya vasitələri maarifləndirmə işinə cəlb olunmalıdır.

Tədbirdə çıxış edən digər iştirakçılar da korrupsiyanı yaradan səbəblərdən və problemin həlli yollarından danışıblar. Qeyd olunub ki, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər və bununla bağlı dövlət orqanlarının vəzifə və səlahiyyətləri qanunun aliliyi, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipinə əsaslanaraq həyata keçirilməli, əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar istisna olmaqla, dövlət orqanları öz fəaliyyətləri barədə məlumatları ictimaiyyətə çatdırmalı, dövlət orqanları öz fəaliyyətləri barədə dövri hesabatları və məlumatları ictimaiyyətə təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti