...

Vakant dövlət qulluğu vəzifələrinə elan edilmiş müsabiqələr başa çatıb

Cəmiyyət Materials 23 Aprel 2013 17:23 (UTC +04:00)
7, 14, 17 avqust, 6 sentyabr, 5 və 24 oktyabr 2012-ci il tarixlərdə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 101 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 1241 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.
Vakant dövlət qulluğu vəzifələrinə elan edilmiş müsabiqələr başa çatıb

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

7, 14, 17 avqust, 6 sentyabr, 5 və 24 oktyabr 2012-ci il tarixlərdə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 101 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 1241 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə başa çatıb.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün komissiyada 2465-i qadın namizəd olmaqla 7593 namizəd qeydə alınıb. Qeydə alınmış 7593 namizədin ortalama 81 faizini gənclər təşkil edib. Namizədlərdən 2634 nəfəri test imtahanında iştirak etməyib.

Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 540-ı qadın namizəd olmaqla 1744 nəfəri qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin ortalama 84 faizini gənc namizədlər təşkil edib. Test mərhələsini uğurla başa vuran namizədlərdən

- 572 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;

- 879 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;

- 293 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Hər bir namizədə test imtahanını bitirdiyi an nəticələri əks etdirən arayış təqdim edilib, eyni zamanda, nəticələr komissiyanın rəsmi internet saytında yerləşdirilib.

Test imtahan mərhələsindən narazı qalan 30 nəfər namizəddən 4-nün apellyasiya şikayəti təmin olunub.

Müsabiqənin müsahibə mərhələsi 3 dekabr 2012-ci il tarixdə başlayıb. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş 1540 namizəddən 151 nəfəri müsahibədə iştirak etməyib, 3 nəfər isə müsahibədə iştirak etməkdən imtina edib. Namizədlərdən 572-si müsahibədən uğurla keçib, 814-ü vəzifəyə uyğun hesab edilməyib. Müsahibə nəticələrindən narazı qalan 55 nəfər apellyasiya şikayəti ilə müraciət edib, onlardan 16-nın şikayəti təmin olunub (apellyasiya komissiyasının qərarına əsasən, 5 nəfər vəzifəyə uyğun hesab edilib, 11 nəfərə isə yeni müsahibə təyin olunub), 39 nəfərin apellyasiya şikayəti isə təmin olunmayıb. 5 nəfərin apellyasiya şikayətinə isə baxılacaq.

Müsahibə mərhələsi başa çatan dövlət orqanları üzrə müsahibədən uğurla keçən namizədlərin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə həmin dövlət orqanlarına göndərilib.

Müsahibə mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:

- Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - (44%) müsahibə üzrə qeydə alınmış 133 namizəddən 58-i;

- Dövlət Sosial Müdafiə Fondu - (32%) müsahibə üzrə qeydə alınmış 154 namizəddən 50-si;

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - (30%) müsahibə üzrə qeydə alınmış 203 namizəddən 60-ı;

- İqtisadi İnkişaf Nazirliyi - (24%) müsahibə üzrə qeydə alınmış 212 namizəddən 50-si;

- Dövlət Statistika Komitəsi - (20%) müsahibə üzrə qeydə alınmış 165 namizəddən 33-ü;

- Əmlak Məsələləri Dövlət Komitəsi - (15%) müsahibə üzrə qeydə alınmış 349 namizəddən 53-ü;

- Mədəniyyət və Turizm Nazirliyi - (12%) müsahibə üzrə qeydə alınmış 124 namizəddən 14-ü;

- Təhsil Nazirliyi - (9%) müsahibə üzrə qeydə alınmış 298 namizəddən 26-sı;

- Gənclər və İdman Nazirliyi - (7%) müsahibə üzrə qeydə alınmış 187 namizəddən 14-ü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti