...

Misir Mərdanov AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru vəzifəsini icra edəcək

Cəmiyyət Materials 29 Aprel 2013 16:57 (UTC +04:00)
Keçmiş təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mexanika və Riyaziyyat İnstitutunun direktoru vəzifəsini icra edəcək.
Misir Mərdanov AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru vəzifəsini icra edəcək

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İsabalayeva/

Keçmiş təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mexanika və Riyaziyyat İnstitutunun direktoru vəzifəsini icra edəcək. Bu barədə Trend-ə AMEA-dan məlumat verilib.

Məlumata görə, Mərdanov bu vəzifəyə AMEA-nın daxili nizamnaməsinə görə təyin edilib. Direktor vəzifəsi seçkili olduğu üçün adətən bu vəzifə seçki ilə təyin olunur. İnstituta direktor təyin olunması üçün seçkilər keçiriləcək.

Misir Mərdanov kollektivə bu gün təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti