...

BDU-da tibb fakültəsi yaradılacaq?

Cəmiyyət Materials 30 Aprel 2013 12:44 (UTC +04:00)
Hələlik Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin yaradılması nəzərdə tutulmayıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov deyib.
BDU-da tibb fakültəsi yaradılacaq?

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İsabalayeva/

Hələlik Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin yaradılması nəzərdə tutulmayıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov deyib.

O bildirib ki, Bakı Dövlət Universitetində tibb fakültəsinin yaradılması üçün həmin ali məktəbdə müvafiq baza və kadr potensialı yoxdur.

Pirməmmədovun sözlərinə görə, tibb sahəsini hər bir ali məktəbdə yaratmaq olmaz. Bunun üçün yüksək texniki təchizat və kadr potensialı lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti