Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E. Hüseynov/
Trend İnformasiya Agentliyi türkdilli ölkələrin həyatı və inteqrasiyası məsələlərinin müntəzəm və peşəkar işıqlandırılmasına görə diplomla təltif olunub.
Diplom Azərbaycan Mətbuat Şurası və Zərdabi Mətbuat Mərkəzi tərəfindən təsis olunub.
Tədbirdə mərkəzin sədri Rəhim Hüseynzadə bildirib ki, diplomun verilməsi haqqında qərar 2013-cü ilin ilk dörd ayı ərzində Azərbaycan KİV-də türkdilli ölkələrin həyatından bəhs edən materialların monitorinqinin nəticələrindən sonra verilib. Bu mövzunu daha çox əks etdirən qəzet, sayt və informasiya agentliklərinin siyahısı tərtib olunub.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Zərdabi Mətbuat Mərkəzi və Ağsaqqallar Şurası ilə birgə ümummilli liderin 90 illiyi ərəfəsində "Heydər Əliyev və türk dünyası" mövzusunda yazı müsabiqəsi keçirilib. Təqdim olunan 50 materialdan 23-ü mükafatlandırmaq üçün seçilib.