...

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının iclası keçirilib

Cəmiyyət Materials 2 May 2013 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may/Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

Trend cümə axşamı AMEA-nın rəsmi saytına istindən bildirir ki, iclasda RMİ-nin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov perspektivdə nəzərdə tutulan işlər barədə məlumat verib. O qeyd edib ki, institutun gələcək illər üçün inkişaf Proqramı hazırlanmalı və bu məqsədlə İşçi qrupu yaradılaraq öz həllini gözləyən problemləri aşkara çıxarmalıdır.

Bakı Dövlət Universitetinin "Mexanika-riyaziyyat" və "Tətbiqi Riyaziyyat və Kibernetika" fakültələri ilə əlaqələrin qurulmasının vacibliyindən söhbət açan professor perspektivli məzunların instituta cəlb olunması məsələsinə də xüsusi önəm verdiyini qeyd etdi.

Professor mayın 29-31-də "Riyaziyyat və informatikanın aktual problemləri" mövzusunda keçiriləcək Beynəlxalq konfransa hazırlıq işləri ilə bağlı məlumat verib.

İclasda 2014-cü ildə institutun 55 illik yubileyinin keçirilməsi istiqamətində hazırlıq işlərinin görülməsi, institut əməkdaşlarının təcrübi biliklərinin daha da möhkəmləndirilməsi məqsədilə xaricdə təhsillərinin davam etdirilməsi, institutun saytının müasir tələblərə uyğun yenidən işlənməsi və s. məsələlər də müzakirə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti