...

TQDK abituriyentlərə xəbərdarlıq edib

Cəmiyyət Materials 13 May 2013 13:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərə xəbərdarlıq edib.
TQDK abituriyentlərə xəbərdarlıq edib

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərə xəbərdarlıq edib.

Komissiyanın mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, abituriyentlərin internetlə ərizə qəbulu mayın 15-də başa çatır.

Göstərilən vaxta qədər abituriyentin "Elektron ərizə"si doldurulmalı və mayın 17-dək mütləq təsdiq olunmalıdır. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, bu gün saat 10:00-a olan məlumata əsasən, 86900 abituriyent internetlə "Elektron ərizə" doldurub, onlardan 78616 nəfərinin ərizəsi müvafiq qaydada təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti