...

Britaniyalı professor ATİ-nin tələbələrinin bilik səviyyəsindən razı qalıb

Cəmiyyət Materials 14 May 2013 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Turizm İnstitutunda Böyük Britaniyanın Durham Universiteti Saint Mary Kollecinin direktoru, professor Saymon Hakettlə görüş keçirilib.

İnstitutdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, professor S.Hakettlə görüş dialoq-müzakirə formasında təşkil olunub.

ATİ tələbələrinin analitik-tənqidi xarakterli sualları Böyük Britaniyanın Durham Universiteti Saint Mary Kollecinin direktoru Saymon Hakett və Azərbaycan Sosial İş İctimai Birliyinin icraçı direktoru Aytəkin Hüseyinli tərəfindən ətraflı cavablandırılıb.

Tələbələrin ingilis dilində öz fikirlərini sərbəst ifadə etmələri, düşüncələrindəki müstəqillik görüş iştirakçılarında xoş təəssürat yaradıb. Qonaq Saymon Hakett ATİ tələbələrinin bilik səviyyəsindən razı qaldığını xüsusi vurğulayıb.

Görüşün sonunda Saymon Hakett rəhbərlik tərəfindən səmimi qarşılandıqları üçün təşəkkür etməklə yanaşı, bundan sonra təşkil olunacaq dialoq-müzakirə formatındakı görüşlərə hər zaman hazır olduqlarını xüsusi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti