...

Heydər Əliyev Mərkəzində məşhur rəssam Endi Vorholun sərgisi keçiriləcək

Cəmiyyət Materials 20 May 2013 10:00 (UTC +04:00)
İyunun 21-də Heydər Əliyev Mərkəzində məşhur amerikalı rəssam Endi Vorholun (Andy Warhol) sərgisinin açılış mərasimi keçiriləcək.
Heydər Əliyev Mərkəzində məşhur rəssam Endi Vorholun sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 20 may / Trend, müxbir M.Əliyev/

İyunun 21-də Heydər Əliyev Mərkəzində məşhur amerikalı rəssam Endi Vorholun (Andy Warhol) sərgisinin açılış mərasimi keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Heydər Əliyev Mərkəzinin rəsmi saytında (www.heydaraliyevcenter.az) məlumat verilib.

Sərgi Heydər Əliyev Mərkəzinin ABŞ-ın Endi Vorhol Muzeyi (Andy Warhol Museum) ilə əməkdaşlıq layihəsi çərçivəsində təşkil olunur.

Sentyabrın 9-dək davam edəcək "Life, death and beautiful" ("Həyat, ölüm və gözəllik") beynəlxalq sərgisində müəllifin fotoları, kino, musiqi, moda sahələrinın dünya şöhrətli ulduzlarının portretləri və digər əsərləri nümayiş etdiriləcək.

Heydər Əliyev Mərkəzinin mədəniyyət sahəsinə dəstək göstərilməsi və inkişaf etdirilməsi, eləcə də dünya mədəniyyətinin Azərbaycanda tanıdılması, bu layihələr vasitəsi ilə ölkələr, xalqlar arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətindəki fəaliyyəti çərçivəsində keçiriləcək sərgidə rəssamın ümumilikdə 100-dək əsəri təqdim olunacaq.

Qeyd edək ki, XX əsrin məşhur rəssamı Endi Vorhol 1928-ci ildə doğulub. Fotoqraf və rəssam Endi Vorhol həm də rejissor kimi fəaliyyət göstərib.

Pitsburqda (ABŞ) yerləşən pop-art uslublu Endu Vorhol Muzeyi 1994-cü ildə yaradılıb. Muzey fəaliyyətə başladığı ilk həftədən ziyarətçilər arasında məşhurlaşıb. Belə ki, təkcə açıldığı həftə ərzində muzeyə 25 min ziyarətçi gəlib. Endi Vorhol Muzeyində rəssamın 900 rəsmi, 100 heykəltaraşlıq nümunəsi, 400 fotosu, 60 bədii filmi və s. əsərləri sərgilənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti