...

“Azərbaycan ailəsi” film festivalının açılış mərasimi keçirilib

Cəmiyyət Materials 22 May 2013 12:28 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə “Azərbaycan ailəsi” film festivalının 5 illik yubiley mərasimi keçirilib.
“Azərbaycan ailəsi” film festivalının açılış mərasimi keçirilib

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İsabalayeva/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə "Azərbaycan ailəsi" film festivalının 5 illik yubiley mərasimi keçirilib.

Trend-in xəbərinə görə, AQUPDK, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə layihəsi çərçivəsində təşkil olunan festivalın açılışında çıxış edən AQUPDK-nin sədri Hicran Hüseynova bildirib ki, ailə dəyərlərinin gənc nəsil arasında təbliğinin prioritet istiqamətlərindən birini məhz maarifləndirmə təşkil edir. O bildirib ki, 2009-cu ildən başlayaraq keçirilən "Azərbaycan ailəsi" qısametrajlı filmlər festivalı maarifləndirmə işlərinin bir hissəsidir:

"Ənənənin davamı olaraq bu ilin martında "Azərbaycan ailəsi-2013" filmlər festivalına start verilib. Builki festival ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilib. Layihənin əsas məqsədi ailə institutunu möhkəmləndirmək, cəmiyyətdə ailənin nüfuzunu yüksəltmək, milli ailə dəyərlərinin təbliği və yaşadılmasıdır".

Bu il festivala 140 işin təqdim edildiyini deyən komitə sədri vurğulayıb ki, bu festival sənətdə ilk addımlarını atan gənc rejissorların istedadlarını və öz yaradıcılıq imkanlarını nümayiş etdirmələri, öz işlərini geniş tamaşaçı kütləsinə təqdim etməsi üçün geniş imkanlar yaradır.

Tədbirin sonunda münsiflər heyəti Təşkilat Komitəsinə təqdim olunan materiallarla bağlı "Ən yaxşı film", "Ən yaxşı xarici film", "Ən yaxşı sənədli film" nominasiyaları üzrə seçim apararaq qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti