...

Monteneqro Azərbaycan turistlərinə təklif edilən yeni və maraqlı məkanlardan biridir

Cəmiyyət Materials 23 May 2013 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may / Trend /

Sıx meşələrə, çaylara əlverişli iqlimə malik olan Monteneqronu hələ qədim zamanlardan bir çox imperiyalar mənimsəmək istəmişlər. Monteneqro təbii və mədəni sərvətləri ilə fəxr edərək öz qonaqpərvərliyini nümayiş etdirir.

Bu yerin xüsusi atmosferini dərhal hiss edirsən, hotelə gedən yolda təbiətin gözəlliyindən təəccüblənməyə bilmirsən, hər döngəsində gözəl mənzərə adami valeh edir. Ölkəni səyahət edərkən bir çox gözəl mənzərələrə rast gələcəksiniz ! Uca dağlar, yaşıl meşələr, geniş və təmiz çimərliklər bu ölkəni sizlər üçün unudulmaz edəcəkdir. Şam ağaclarının və dəniz havasının ətri ilə dolu havanı insan ləzzətlə dərindən içinə çəkir. Təmizlik - burada müqəddəs sözdü.

Artıq 20 ildir ki, Monteneqroda təbiətin mühafizəsi üçün milli proqramlar uğurla fəaliyyət göstərir. Monteneqrodakı bütün təşkilatlar havanı və suyun çirklənməmisi üçün müəyyən işlər aparırlar.

Tikinti işləri ciddi qaydalara uyğun olaraq həyata keçirilir. Bu səbəbdən də buradaki heyvanlar, quşlar, hətta bitkilər belə özlərini sərbəst və rahat hiss edirlər. Buranın mülayim iqlimi insanların xoş əhval- ruhiyyəsinə səbəb olur. Bu ölkənin nə sərt qışı, nə də boğucu yayı olur. Qış aylarında turistlər mərkəzi dağlıq rayonları ziyarət edirlər. Burada gözəl təbiətə malik Milli parklardan başqa ucuz və rahat qış kurortları üçün terraslar da vardır. Yaz aylarının ortalarında Monteneqronun tarixi və görməli yerləri ilə taniş olmaq üçün turistlər bu ölkəyə gəlməyə tələsirlər. Bu dövr ekskursiyalara getmək üçün ən əlverişli vaxtdır. Əlbəttə ki, yayda buraya turist axını daha çoxdur. Yay tətilləri üçün ən uyğun aylar iyun ayından sentyabr ayına kimidir.

Əslində bir çox turistin yay tətillərində məhz Monteneqroya üz tutmaları heç də təəccüblü deyi. Monteneqroya birgünlük səfər edənlər bu ölkəyə təkrarən sevə-sevə qayıdırlar : Adriatik dənizinin qumlu sahillərinə, xırda daşlı çaylara, mənzərəli yerləəi heç bir turisti biganə qalmır. Lakin Monteneqro tək dənizləri ilə məşhur deyildir. Burada hər kəsin zövqü üçün əyləncələr tapmaq mümkündür : idman mərkəzləri, dəniz keyfi, diskotekalar, uşaq meydançaları, müxtəlif festivallar sizləri gözləyir. Həmçinin vacib şərtlərdən biri də odur ki, Monteneqroda hər kəs öz cibinə uygun hotellər tapa bilər.

Heç bir turist Monteneqroda raftinq kimi idman növündən imtina edə bilməz. Çünki Tara çayının kanyonu Kolorado çayının kanyonundan sonra dünyadaki ikinci böyük kanyondur və adı çəkilmış kanyon UNESCO-nun Dunya İrsi Siyahisinda yer alıb. Ətrafın gözəl mənzərəsinə insan mat qalır. Siz təhlükəsiz əyləncə üçün lazım olan hər şeylə təmin olunacaqsınız. Bu arada siz paraşütdən tullana, sörfinq dərsləri götürə, ova gedə bilərsiniz.
Əgər siz daha dinc əyləncələrə üstünlük verirsinizsə, folklor axşamları ideyası sizin üçün daha əlverişlidir. Bu fürsət həm də sizlərə Monteneqro ilə daha yaxından tanış olmaq və milli mətbəxtindən dadmaq imkani verəcəkdir.

Monteneqroda bir masa! Monteneqro qurmanları turistləri təəcübləndirməyi və sevindirməyi hər an xoşlayırlar. Ölkədə dəniz məhsulları bahalı deyil, lakin həmin məhsullar milli mətbəx komponentləri də sayılmır. Lakin ədviyyat və göyərti ilə quzu əti, tərəvəz və bütün növ ağ pendirlər bu ölkənin milli mətbəxinin ləziz yeməklərindən sayılır.

Siz Monteneqroya gedərkən burada dünyada da məşhur olan, Günəş şüaları altında qurudulmuş vetçinanın dadına baxa bilərsiz. Bu ölkənin hansı tərəfinə getsəniz, bütün süfrələrdə sərvət və rifah rəmzi kimi çörəyi görəcəksiniz. Monteneqroda xüsusi çərəzlər də hazırlanır.

Bu ölkədə xüsusi reseptlə hazırlanan yerli şərablar da var. Burada şərab xoşlayan insanlara üzümdən hazırlanmış araqlar, xüsusi brendlər təqdim olunur. Monteneqro öz ətirli qəhvə ilə ətrafdakı ölkələrdən seçilir.

Gördüyünüz kimi, Monteneqroda istirahət darıxdırıcı olmayacaq. Xoş xatirələr, gözəl şəkillər və böyük emosiya sizin yaddaşınızda əbədi qalacaqdır.

19 iyundan etibarən "FlyMontenegro" Monteneqroya birbaşa həftəlik müntəzəm uçuşlar başlayır. Xatırladaq ki, Monteneqro hökumətinin qərarı ilə Azərbaycan vətəndaşları üçün 2013-cü il 31 oktyabr tarixindən vizasız rejim elan edilib.

Əgər siz Monteneqroya səyahət etmək istəyirsinizsə , o zaman "Millennium Tourism & Congress DMC" şirkəti ilə əlaqə saxlamalısınız.

Ünvan:Nigar Rəfibəyli 12/14 AZ1001 Bakı Azərbaycan
Tel:012 497 54 00
Mob: 070 221 90 64

Məqalədə:
Xəbər lenti

Xəbər lenti