...

Gələn dərs ilində məktəblərdə hansı fənn müəllimlərinə daha çox ehtiyacın olacağı açıqlandı

Cəmiyyət Materials 29 May 2013 10:56 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi yeni tədris ili üzrə ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant müəllim yerləri haqqında məlumatların toplanmasına iyunun ikinci yarısından başlayacaq.
Gələn dərs ilində məktəblərdə hansı fənn müəllimlərinə daha çox ehtiyacın olacağı açıqlandı

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi yeni tədris ili üzrə ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant müəllim yerləri haqqında məlumatların toplanmasına iyunun ikinci yarısından başlayacaq. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat veriblər.

Nazirlikdən bildirilib ki, məlumatlar təhlil edildikdən sonra vakant yerlər elan ediləcək.

TN əvvəlki illərin nəticələrinə əsasən bildirir ki, bu il də kənd məktəbləri üzrə ən çox Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika, xarici dil, kimya, biologiya, fizika və coğrafiya müəllimi ixtisaslarından vakant yerlərin olacağı gözlənilir.

Hazırda isə 2013-2014-cü tədris ili üzrə müəllimlərin işə qəbulu qaydalarına baxılır. Qaydalara hər hansı dəyişiklik edilməsi nəzərdə tutularsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti