...

Misir Mərdanov: Azərbaycanda riyaziyyat elminin səviyyəsini yüksəltmək lazımdır

Cəmiyyət Materials 29 May 2013 12:21 (UTC +04:00)
Azərbaycanda riyaziyyat elmi sahəsində həll edilməyən bütün mövcud problemlərin qısa müddət ərzində aradan qaldırılması üçün köklü dəyişikliklər etmək mümkün deyil.
Misir Mərdanov: Azərbaycanda riyaziyyat elminin səviyyəsini yüksəltmək lazımdır

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir H. Vəliyev/

Azərbaycanda riyaziyyat elmi sahəsində həll edilməyən bütün mövcud problemlərin qısa müddət ərzində aradan qaldırılması üçün köklü dəyişikliklər etmək mümkün deyil. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov yeni vəzifəyə təyin edilməsini şərh edərkən deyib.

Mərdanovun sözlərinə görə, bu sahədə müəyyən mənada qənaətbəxş, bəzən isə qeyri-məqbul adlandırmağın mümkün olduğu məqamlar mövcuddur: "Azərbaycanda riyaziyyat elminin səyiyyəsini yüksəltmək üçün çatışmayan aspektləri tədricən və mərhələli qaydada aradan qaldırmaq lazımdır. Güman edirəm ki, yaxın bir neçə ay ərzində ictimaiyyətə bu barədə daha ətraflı məlumat verə biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti