Azərbaycan, Bakı, 29 may /Trend/
Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "Media və ana dilimiz: mövcud durum və perspektiv vəzifələr" mövzusunda layihənin icrasına başlayıb.
Şuradan Trend-ə verilən məlumata görə, səkkiz ay davam edəcək layihə çərçivəsində ölkənin aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin, eləcə də xəbər portallarının monitorinqi keçiriləcək, onlarda ana dilindən istifadə xüsusiyyətlərinə diqqət yetiriləcək.
Bundan başqa, layihə çərçivəsində tematik tədbirlər, konfrans və "dəyirmi masa"lar təşkil olunacaq.
Qeyd edək ki, bu layihə Mətbuat Şurasnın hər il medianın ana dilindən istifadəsinə dair gerçəkləşdirdiyi layihənin davamı kimi nəzərdə tutulur.