...

İstanbulda Bosfor üzərindən salınacaq üçüncü körpünün təməlqoyma mərasimi keçirilib

Cəmiyyət Materials 29 May 2013 16:19 (UTC +04:00)
İstanbulda Bosfor boğazı üzərindən salınacaq üçüncü körpünün təməlqoyma mərasimi keçirilib.
İstanbulda Bosfor üzərindən salınacaq üçüncü körpünün təməlqoyma mərasimi keçirilib

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir R.Hafizoğlu/

İstanbulda Bosfor boğazı üzərindən salınacaq üçüncü körpünün təməlqoyma mərasimi keçirilib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Təməlqoyma mərasimində Türkiyə Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və ölkənin digər rəsmi şəxsləri iştirak ediblər.

Mərasimdə çıxış edən Baş nazir bildirib ki, yeni körpü Yavuz Sultan Səlim körpüsü adlanacaq.

Telekanalın məlumatına görə, körpünün tikintisini Cənubi Koreya şirkəti aparacaq.

Körpünün tikintisinin 2015-cü ilədək başa çatdırılması planlaşdırılır və elə həmin ildə körpü istismara veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti