...

Azərbaycanın ali məktəblərinin magistratura səviyyəsinə qəbul planı təsdiq edildi

Cəmiyyət Materials 31 May 2013 19:36 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün qəbul planı təsdiq edilib.
Azərbaycanın ali məktəblərinin magistratura səviyyəsinə qəbul planı təsdiq edildi

Azərbaycan, Bakı, 31 may /Trend/

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün qəbul planı təsdiq edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı 1616-dır.

Qəbul planı əvvəlki tədris ili ilə müqayisədə 12,84 faiz artıb. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılan plan yerləri, dövlət sifarişinin proqnozu "Magistr" xüsusi buraxılışının 4-cü sayında dərc olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti