...

Turistlərin üçdə biri İstanbul hotellərində bron edilən yerləri ləğv edib

Cəmiyyət Materials 4 İyun 2013 11:59 (UTC +04:00)
Xarici turistlər İstanbul hotellərində bron edilən yerləri ləğv edir.
Turistlərin üçdə biri İstanbul hotellərində bron edilən yerləri ləğv edib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir R.Hafizoğlu/

Xarici turistlər İstanbul hotellərində bron edilən yerləri ləğv edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "HABER7" telekanalı xəbər yayıb.

Telekanalın məlumatlarına görə, təxminən 30 faiz xarici turist İstanbul hotellərində bron edilən yerləri ləğv edib. Taksim meydanına yaxın yerlərdə yerləşən hotellərdə bron edilən yerlərin ləğvinin artacağı gözlənilir.

Türkiyənin bir çox şəhərlərində İstanbulun mərkəzindəki Taksim meydanında Gəzi parkında nümayişçilərə dəstək olaraq etiraz aksiyaları keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti