...

Vəkillər Kollegiyası Qurban Məmmədovla bağlı məlumat yaydı

Cəmiyyət Materials 5 İyun 2013 15:06 (UTC +04:00)
Vəkillər Kollegiyası Qurban Məmmədov və Namizəd Səfərovun kollegiyanın üzvü olmadıqları barədə məlumat yayıb.
Vəkillər Kollegiyası Qurban Məmmədovla bağlı məlumat yaydı

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İzzət/

Vəkillər Kollegiyası Qurban Məmmədov və Namizəd Səfərovun kollegiyanın üzvü olmadıqları barədə məlumat yayıb.

VK-dan Trend-ə daxil olan məlumata görə, məlum olduğu kimi son günlər respublikamızda fəaliyyət göstərən bir sıra KİV-lərdə "Vəkil Qurban Məmmədov həbs olundu" və s. bu kimi başlıq və məzmunlu yazılar dərc olunub. Qeyd olunan yazılarda Qurban Məmmədov və Namizəd Səfərov adlı şəxlər cəmiyyətə vəkil kimi təqdim olunublar.

Bununla bağlı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, yalnız Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxslər vəkillik fəaliyyətini həyata keçirə bilərlər.

Beləliklə, adı çəkilən şəxslərin Kollegiyanın üzvləri olmadıqları nəzərə alınaraq onlar barəsində mətbuatda məlumatlar verilərkən "vəkil" adından qanunsuz istifadəyə yol verilməməsi KİV-lərdən xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti